Bakı. Mübariz Aslanov – APA. Türkiyə Cümhuriyyəti Uyuşmazlıq Məhkəməsinin sədri Sərdar Özgüldür Azərbaycana səfərə gəlib. APA-nın xəbərinə görə, S. Özgüldür Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Qonağın Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşləri planlaşdırılıb. S. Özgüldürün prezident İlham Əliyev tərəfindən də qəbul olunacağı gözlənilir.