Bank Of Baku

Türkiyədə salınacaq miniatür parkda Azərbaycanın tarixi yerlərinin maketləri nümayiş olunacaq

Türkiyədə salınacaq miniatür parkda Azərbaycanın tarixi yerlərinin maketləri nümayiş olunacaq
# 05 yanvar 2013 09:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin Konya şəhərində 80 min kvadratmetrlik miniatür park salınacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, parkda Türkiyə və dünyada olan 120 tarixi yerin maketləri nümayiş olunacaq. Üç hissədən ibarət olacaq parkın birinci bölümündə Azərbaycan, Bosniya və Hersoqovina, Makedoniya, Qazaxıstan, Özbəkistan, Suriya, Yunanıstan, Albaniya, Türkmənistan və Səudiyyə Ərəbistanından olan tarixi yerlərin maketləri yerləşdiriləcək.

 

İkinci hissədə yer üzündə yaşamış dinozavr növlərinin maketləri yer alacaq. Üçüncü hissədə isə cizgi filmi və folklor qəhrəmanlarının maketləri olacaq.

 

Xatırladaq ki, Türkiyənin ilk miniatür parkı İstanbulda qurulub. Lakin bu parkın daha böyük olacağı planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR