Bank Of Baku

Ucar rayonuna suyun verilişində fasilə yaranıb - FOTO - VİDEO

Ucar rayonuna suyun verilişində fasilə yaranıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 mart 2014 14:24 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonuna suyun verilişində fasilə yaranıb.

 

APA-nın yerli bürosunun  sakinlərdən aldığı məlumata görə, 10 gündən artıqdır ki, rayonun bir neçə kəndinə suyun verilməsi dayandırılıb. Sakinlər kanallar vasitəsi ilə ötürülən sudan həm əkin sahələrini, həm mal-qaranı suvarmaq, həm də içməli su kimi istifadə etdiklərini deyirlər. Yaranmış vəziyyət sakinlərin narazılığına səbəb olub.

 

Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Həsən Qasımov APA-nin yerli bürosuna bildirib ki, ötən ayın 24-dən Ucar rayonunun 9, Göyçay rayonunun isə 7 kəndinə suyun ötürülməsi dayandırılıb. Buna səbəb isə Bakı-Qazax  yolunun Ucar rayonundan keçən hissəsində körpüdə  tikinti işlərinin  aparılmasıdır. H. Qasımov qeyd edib ki, mart ayının 19-20-nə kimi tikinti işlərinin yekunlaşması və bundan sonra sakinlərin  fasiləsiz su ilə təmin olunması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR