Bank Of Baku

Ucarda elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaranıb

Ucarda elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər  yaranıb
# 15 iyun 2013 11:00 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA.  Son günlər Ucar rayonunda  elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər  yaranıb. Yerli sakinlərin sözlərinə görə,  hava şəraitindən asılı olmayaraq,  gün ərzində bir – neçə dəfə elektrik enerjisinin verilişin dayandırılması adi hal alıb. Bu da sakinlərin böyük narahatlığına səbəb olur.  Soyuducularda olan ərzaq  məhsullarının yararsız hala düşməsi, elektrik  avadanlıqlarının işləməməsi, borclu  abonentlərin  yerli  poçt  şöbələrinə ödədikləri  pulun qəbzini almaq üçün saatlarla növbə gözləməsi bu narahatlığı bir qədər də artırır.  APA-nın yerli bürosuna məsələ ilə  bağlı açıqlama verən Ucar elektrik şəbəkəsinin baş mühəndisi  Bahadur Faxrədov bildirib ki, enerjinin abonentlərə fasilələrlə  verilməsinin əsas səbəbi elektrik  naqillərinin köhnələrək  yararsız hala düşməsi  və transformatorlardan bir neçə metr öndə yerləşdirilən ayırıcıların işlək vəziyyətdə olmamasıdır: “Hal-hazırda rayonda  370 ədəd transformatorla  abonentlərə enerji  ötürülür ki, bunlardan da cəmi 10-15-də  ayırıcılar işlək vəziyyətdədir.  Ona görə də, hər hansı bir transformatorda problem yaranarsa, onu təmir etmək üçün ayrıcının işləməməsi  səbəbindən enerji  birbaşa Ucar elektrik şəbəkəsindən açılır. Bu da eyni vaxtda bir neçə yaşayış məntəqəsinə müvəqqəti olaraq,  enerji verilişinin dayandırılmasına səbəb olur”. B. Faxrədovun  sözlərinə  görə, müvafiq orqanlar tərəfindən rayona ayırıcılar verilmədiyindən  bu problemi həll etmək mümkün olmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR