Bank Of Baku

UNİCEF-in Azərbaycanla əməkdaşlığının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

UNİCEF-in Azərbaycanla əməkdaşlığının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib   - <span style="color: red;">FOTO
# 02 iyul 2013 16:28 (UTC +04:00)
 

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan hökuməti və UNİCEF arasındakı Ölkə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalı nəzərdən keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyevin sədrlik etdiyi iclasda aidiyyəti nazirliklərin nümayəndələri, vətəndaş cəmiyyəti, BMT agentlikləri və diplomatik nümayəndəliklərinin üzvləri iştirak edib. İclasda iştirak etmək üçün Azərbaycana UNİCEF-in Nyu-Yorkdakı baş qərargahından təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini qatılıb.

 

Tədbiri giriş sözü ilə açan baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, uşaqların problemi dünya miqyaslı və bəşəri problemlərdən biridir. Onun sözlərinə görə, yer kürəsində elə bir ölkə tapmaq olmaz ki, uşaq problemlərin həlli üçün çalışmasın: “Azərbaycanda da bu problem xüsusi olaraq ciddi əhəmiyyətə malikdir. Çünki Azərbaycanda 1 milyon 300 mindən artıq qaçqın və məcburi köçkünlər var ki, onun da bir hissəsini uşaqlar təşkil edir. Ona görə də ölkənin ən vacib sahələrindən, o cümlədən uşaq siyasətinin əsas prioritetlərindən biri də məhz uşaqların hüquqlarının müdafiə olunması, onların keyfiyyətli təhsil, diqqət və qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşmasıdır. Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyevin uşaq məsələlərinə diqqəti də bu sahəyə qayğının daha da artmasına səbəb olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə uşaqların intellektual inkişafı, onların sağlam böyüməsi üçün mühüm layihələr həyata keçirir. Mövcud məsələlərin həlli istiqamətində Azərbaycan beynəlxalq təşkilatlar, xüsusilə UNİCEF-lə əlaqələrin daha da güclənməsinə xüsusi önəm verir. 20 il ərzində Azərbaycan UNİCEF-lə mühüm işlər həyata keçirib və bu layihələr gələcəkdə də davam etdiriləcək”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsində yeni mərhələyə başlayıb. Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı və siyasi nüfuzu onun beynəlxalq təşkilatlar daha sıx əməkdaşlıq etməsinə gətirib çıxarıb. Artıq Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən UNİCEF-in yaxın partnyorudur. Həmin əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Bundan sonra UNİCEF-lə birgə əməkdaşlığımızın uşaqların inkişafına uğurlu töhfələr verməklə, onların maraqlarının təmin olunmasına yönələcək.

 

UNİCEF-in Nyu-Yorkdakı baş qərargahında təşkilatın proqramlar üzrə direktor müavini Suzana Sotollini isə Azərbaycanın UNİCEF-lə birgə fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox uğurlara imza atıb: “Azərbaycan əvvəllər beynəlxalq təşkilatların təcrübəsindən istifadə edirdisə, bu gün artıq öz təcrübəsini dünya ölkələri ilə bölüşür”.

 

Tədbirin davamında gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət qurumlarının nümayəndələri UNİCEF-lə birgə əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib, o cümlədən qarşıda duran problemlər və onların həlli istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıblar.

 

Daha sonra tədbirdə UNİCEF-in fəaliyyətinin əsas prioritet sahələrini özündə əks etdirən foto-sərgi və təşkilatın ölkədəki fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş musiqi proqramının müşayiəti ilə verilən ziyafətlə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR