APA-nın məlumatına görə, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) və “Konstitusiya” Araşdırmalar Fondu (KAF) ilə birgə həyata keçirilən layihənin icrasına 2013-cü ilin mart ayından başlanılıb.
Layihənin ümumi büdcəsi 1,5 milyon ABŞ dollarıdır. Layihə büdcəsinə əsasən 4 il ərzində VƏHML 274 770 ABŞ dolları həcmində sub-qrant alacaq. KAF-ın 4 il ərzində layihə çərçivəsindəki büdcəsi isə 180 850 ABŞ dolları təşkil edəcək.
Bundan başqa, layihə müddətində yaxın gələcəkdə QHT Koalisiyaların yaradılması və kiçik qrant proqramları vasitəsi ilə QHT-lərin vətəndaşları təmsil etmək bacarıqları gücləndiriləcək.
Azərbaycan Hüquqşünasları Konfederasiyası Koalisiya üzvləri üçün kiçik qrant fondu yaradacaq ki, bu da 200 000 ABŞ dolları məbləğində olacaq.