Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibə üzrə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb

Vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibə üzrə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb
# 18 sentyabr 2013 13:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsahibə və ümumi müsahibədə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb. Bu barədə APA-ya Komissiyanın mətbuat xidmətindən bildirilib. Məlumata görə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilən namizədlərlə müsahibələrin keçirilmə qrafikini və namizədlərin müsahibə mərhələsinə daha yaxşı hazırlaşmalarını təmin etmək məqsədi ilə dövlət qulluğu üzrə zəruri qanunvericilik biliklərinə, namizədlərin iddia etdiyi dövlət orqanının ümumi təyinatı və vakant vəzifə üzrə zəruri biliklərə dair müsahibə proqramları açıqlanıb.

 

Təqdim edilmiş müsahibə proqramlarında ümumi və sahə üzrə mövzular, həmin mövzuların əhatə olunduğu ədəbiyyatların siyahısı, o cümlədən müsahibə proqramlarının tərtibatı üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və müvafiq dövlət orqanının məsul şəxslərinin əlaqə vasitələri haqqında məlumatlar qeyd olunub. Təqdim edilən müsahibə proqramları namizədlərin bilik səviyyəsini və peşə hazırlığını qiymətləndirmək məqsədi daşıyır. Müsahibədə eləcə də namizədlərin ümumi dünyagörüşü və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə bağlı sualların verilməsi nəzərdə tutulub.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR