Bank Of Baku

Vakant vəzifələrin tutulması üçün aparılan müsahibədən 98 namizəd uğurla keçib

Vakant vəzifələrin tutulması üçün aparılan müsahibədən 98 namizəd uğurla keçib
# 09 yanvar 2013 12:40 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixlərdə 101 dövlət 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin müsahibə mərhələsi ilə bağlı məlumat yayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2465-i qadın namizəd olmaqla 7593 namizəd qeydə alınıb. Qeydə alınmış 7593 namizədin 81  faizini gənclər təşkil edib. Namizədlərdən 2634 nəfəri test imtahanında iştirak etməyib.

 

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 540-ı qadın namizəd olmaqla 1774 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

 

Müsabiqənin müsahibə mərhələsi dekabrın 3-dən başlayıb. Bu günə kimi müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərdən 98 nəfəri vakant vəzifəyə uyğun hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR