Bank Of Baku

Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib - FOTO

Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 20 iyun 2013 12:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu davam edir.

 

APA-nın cənub bürosunun məlumatına görə,  növbəti belə qəbul vergilər naziri Fazil Məmmədov tərəfindən iyunun 20-də bu qurumun Lənkəran şəhərindəki 6 saylı ərazi idarəsinin binasında reallaşıb.

 

Nazir  Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 100-dən çox vətəndaşı qəbul edərək, onların müraciətlərini dinləyib. Qəbula gələnlər vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı Fazil Məmmədova müraciət edərək, vergi qanunvericiliyi sahəsində bir sıra dəyişikliklər edilməsinə dair təkliflər veriblər.

 

Qəbul zamanı nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həll edilməsi, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib.

 

Vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR