Bank Of Baku

Xaçmazda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binası istifadəyə verilib - FOTO - VİDEO

Xaçmazda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binası istifadəyə verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2013 12:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binasının açılışı mərasimi keçirilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 4 mərtəbəli yaşayış binası 36 mənzildən ibarətdir. İki otaqlı mənzillər müasir istilik sistemləri və məişət avadanlıqları ilə təmin edilib.

 

Mərasimdə Qarabağ müharibəsi əlili və şəhid ailələrinə 11 ədəd “NAZ-Lifan” markalı avtomobil də təqdim edilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Xaçmaz RİH-nin başçısı Şəmsəddin Xanbabayev də iştirak edib.

 

Ümumilikdə Xaçmaz rayonunda 193 nəfər Qarabağ müharibəsi əlili, 224 nəfər isə şəhid ailəsi var. İndiyədək onların 71-i evlə, 33-ü isə avtomobillə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR