Bank Of Baku

Xarici ölkələrdə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqələrinin qalibləri Bakıya gəlir

Xarici ölkələrdə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqələrinin qalibləri Bakıya gəlir
# 25 iyun 2013 16:15 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənməsi və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etməsi, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaq olub.


Müsabiqənin yekunu olaraq qaliblərin 25 iyun - 5 iyul tarixlərində Azərbaycana səfəri planlaşdırılıb. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımaq və öyrənmək şəraiti yaradılacaq, qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 6.8.5 yarımbəndinin (Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələrin keçirilməsi) icrasının təmin edilməsi məqsədilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR