Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 3-4 gün ərzində Bakı şəhərinin Xətai rayonunun Naximov küçəsində aparılan təmir işləri başa çatdırılacaq. Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P. Mürsəliyev bildirib ki, ümumi uzunluğu 2 810 metr təşkil edən küçənin müxtəlif hissələrində genişləndirmə işləri aparılıb. Belə ki, əvvəllər küçənin bəzi yerlərinin eni 5-6 metr təşkil edirdisə, hazırda bu, 10-12 metrədək genişləndirilib: “Naximov küçəsində bütün beton bordyurlar dəyişdirilib, piyadalar üçün səki salınıb və artıq 2 km yol asfaltlanıb. Aparılan işlər yaxın 3-4 günə tam başa çatdırılacaq”.
Qeyd edək ki, yaxın bir neçə ay ərzində Xətai rayonu ərazisində - Xocalı prospektində, Nəcəfqulu Rəfiyev küçəsi və digər yerlərdə təmir işləri həyata keçirilib.