Bank Of Baku

Xəzərin Azərbaycan sektorunun sahil zolağında aparılan monitorinqlərin nəticələri açıqlanıb

Xəzərin Azərbaycan sektorunun sahil zolağında aparılan monitorinqlərin nəticələri açıqlanıb
# 11 yanvar 2013 08:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1336 ekoloji monitorinq keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinqlər zamanı 4545 su, 159 qrunt, 5 qazma məhlulu, 6 şlam nümunəsi götürülərək onlar üzərində 15340 analitik, 14568 bioloji və ekotoksikoloji, 10300 mikrobioloji olmaqla, ümumilikdə 40208 tədqiqat aparılıb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti araşdırılıb, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.

 

Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınıb Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılıb. Bundan başqa keçirilən monitorinqlər zamanı istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan sahil zolağında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi və həmin ərazilərdə ekoloji normalara riayət olunmaması səbəbindən Xəzər dənizi çirklənməklə yanaşı, sahil zolağında bir sıra yerlərdə ərazilərin bataqlaşması, bəzi ərazilərdə isə qeydə alınmış qeyri-qanuni zibilxanaların ləğvi istiqamətində müvafiq işlərin aparılmaması ötən ildə bir daha müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR