Bank Of Baku

Xəzərin Su Bioresursları Komissiyasının 33-cü iclası Azərbaycanda keçiriləcək

Xəzərin Su Bioresursları Komissiyasının 33-cü iclası Azərbaycanda keçiriləcək
# 19 aprel 2013 08:44 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək.

 

İclasın gündəliyinə əsasən balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.

 

İclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcək. Belə ki, 18 noyabr 2010-cu ildə Xəzərətrafı dövlətlərin başçılarının Bakı şəhərində keçirilmiş Sammitində Qazaxıstan prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilib.

 

Bu təklifi həyata keçirmək məqsədilə Rusiya tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” saziş layihəsi müzakirəyə çıxarılacaq.

 

Bundan başqa, Türkmənistan tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə saziş layihəsi müzakirə olunacaq.

 

Növbəti iki ildə sədrlik Komissiyanın Nizamnaməsinə uyğun olaraq rotasiya qaydasında Rusiyaya keçəcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR