Bank Of Baku

Xəzəryanı ölkələr Xəzər dənizinin ekoloji mühafizəsinə dair Tehran Konvensiyasının protokolunu qəbul ediblər

Xəzəryanı ölkələr Xəzər dənizinin ekoloji mühafizəsinə dair Tehran Konvensiyasının protokolunu qəbul ediblər
# 13 dekabr 2012 10:21 (UTC +04:00)

 

APA-nın Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbərinə görə, sənəd “Xəzər dənizinin mühitinin qorunması üzrə Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyasının) tərəflərinin dekabrın 12-də Moskvada keçirilən konfransının 4-cü sessiyasında Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən bəyənilib. Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev təmsil edib.

 

Qeyd edək ki, bu, 2003-cü ildə Konvensiyanın imzalanmasından ötən 9 il ərzində razılaşdırılmış ilk sənəddir. Protokolun məqsədi çirklənmələrin maksimum dərəcədə qarşısının alınması, azaldılması, arada qaldırılması və Xəzər dənizinin ekoloji sağlam mühitinin dəstəklənməsidir.

 

Toplantının sonunda növbəti sessiyanın 2014-cü ildə nazirlər səviyyəsində Türkmənistanda keçirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR