Bank Of Baku

Yaponiya hökuməti Balakəndə tibb məntəqəsi tikəcək

Yaponiya hökuməti Balakəndə tibb məntəqəsi tikəcək
# 21 iyun 2013 13:02 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe şimal-qərb bölgəsinə səfəri çərçivəsində bu gün Balakən rayonunda olub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səfir Şusuke Vatanabe  Balakəndə olan zaman Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində sayca ikinci qrant layihəsi müqaviləsinin imzalanma mərasiminə qatılıb. Yeni layihənin imzalanma mərasimində  Şusuke Vatanabe , “Gənclərin İnkişafı İctimai Birliyi” və Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə bildirilib ki, layihənin əsas məqsədi Balakənin ucqar kəndlərindən biri olan və 8 mindən çox əhalinin yaşadığı Kortala və ətraf kəndlərdə yaşayan insanlar üçün müasir standartlara cavab verən tibb məntəqəsinin tikməkdir. Layihənin ümumi məbləğinin 122 min ABŞ dolları həcmində olduğunu xatırladan tədbir iştirakçıları tibb məntəqəsinin bu ilin sonuna kimi tamamlanmasının nəzərdə tutulduğunu bildirib. Tədbirdə o da vurğulanıb ki, bu, Yaponiya hökumətinin Balakən rayonunda həyata keçirdiyi sayca ikinci qrant layihəsidir. Bundan əvvəl səfirlik rayonun Talalar kəndində layihə həcmi 88 min ABŞ doları olan daha bir sağlamlıq məntəqəsi tikərək 7 min sakinin istifadəsinə verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR