Bank Of Baku

Yaxın vaxtlarda AMEA-nın doktoranturasına qəbul planı hökumətə təqdim ediləcək

Yaxın vaxtlarda AMEA-nın doktoranturasına qəbul planı hökumətə təqdim ediləcək
# 12 iyun 2013 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan Milli Elmlər Akademiyasının institutları və elmi müəssisələri üzrə doktoranturaya qəbul planı artıq AMEA Rəyasət Heyətinə təqdim edilib. Hazırda layihə Rəyasət Heyətində təhlil edilir”. APA-nın xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, yaxın vaxtlarda AMEA-nın institut və elmi müəssisələri üzrə doktoranturaya qəbul planı layihəsinin hökumətə təqdim ediləcəyi gözlənilir. Qəbul planı layihəsindəki plan yerlərinin sayı akademiyanın tələbatlarına uyğunlaşdırılıb.

 

Qəbul planında akademiyanın ehtiyacı olan qədər yerlərin nəzərdə tutulduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, yeni elmi istiqamətlər nəzərə alınmaqla kifayət qədər yerlər nəzərdə tutulur: “AMEA-nın doktoranturaya qəbul planının yerlərinin sayı demək olar ki, ötən ilki ilə müqayisədə dəyişməyib. Yerlərin sayında azalma yoxdur, ancaq inkişaf var. AMEA-da olan yeni ixtisaslar, elmi istiqamətlər nəzərə alınıb. Bizim cəmiyyətimizin meydana qoyduğu yeni meyllər var ki, bunlar nano-texnologiyalar, kosmik tədqiqatlar, iqtisadi həyatın modernləşdirilməsi ilə bağlı prioritet istiqamətlərdir. Bunlar həm elmi-tədqiqat prosesinə, həm də gələcək yeni elmi kadrların hazırlanmasına nəzərə alınır”.

 

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, ölkənin mövcud qanunvericiliyinə görə, doktoranturada həm ödənişli, həm də ödənişsiz təhsil almaq olar. Qanunvericilikdə bunların hər ikisinin nəzərdə tutulduğunu deyən İ.Həbibbəylinin sözlərinə görə, doktoranturada həm ödənişli, həm də dövlət sifarişi ilə olan təhsil həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR