Bakı. Könül Kamilqızı – APA. Yay mövsümü başlayandan Bakıda 3 suda boğulma hadisəsi qeydə alınıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında deyib ki, suda boğulma hadisələr Pirşağıda, Şüvəlanda və Novxanı çimərliyində baş verib. Onun sözlərinə görə, ötən gün 28 yaşlı bir nəfər Novxanı çimərliyində suda boğularaq dünyasını dəyişib.
M.Həmidov qeyd edib ki, hələlik Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət qeydə alınmayıb.