Bank Of Baku

Zaqatalada bir sıra sosial obyektlərin açılışı olub

Zaqatalada bir sıra sosial obyektlərin açılışı olub
# 07 mart 2014 18:03 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala  rayonunda ən çox diqqət mərkəzində olan sahələrdən  biri  də  rayonun  qazlaşmasıdır. Hazırda  rayon  üzrə  qazlaşma 48 faiz  təşkil  edir. İlk olaraq rayonun ucqar kəndləri qazlaşdırılır. Rayonun ucqar, Böyük  Qafqaz dağlarının ətəyində yerləşən Qəbizdərə kəndinə ilk dəfə mavi yanacaq verilib. Qəbizdərə kəndində 70 abonentə, 5 500metr  müxtəlif diametrli  polad  borular  vasitəsilə  qaz  xətti  çəkilib, sayğaclar quraşdırılıb. Hazırda rayonunun Əliabad,Mosul,Yengiyan və Car kəndlərində  quraşdırılma işləri davam etdirilir.

 

Rayonun Kürdəmir kəndində isə FHN-nin sifarişi ilə tikilmiş yeni məktəb binası istifadəyə verilib. 2012-ci ilin may ayında ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra Kürdəmir kəndindəki məktəb binası qəzalı vəziyyətə düşmüşdü.  Ötən ilin aprel ayında  tikintisinə  başlanılan 50 şagird yerlik  məktəb  binası  1  mərtəbəli  olmaqla 3  sinif  otağı, tibb  otağı, kitabxana və direktor otağından   ibarətdir. Yeni məktəb binası müasir istiliksistemi ilə təhciz  olunub,müasir  üslubda   bütün  lazımi  mebel  avadanlıqları  və  inventarlarla  təhciz  edilib.

 

Rayonun Muxax kəndində isə ötən  ilin oktyabr ayından əsaslı bərpasına başlanılmış 55 yerlik körpələr evi-uşaq bağçası balaca fidanların ixtiyarına  verilib. Dövlət vəsaiti hesabına tikilən binada körpələr üçün hər cür şərait yaradılıb. 3 qruplu uşaq bağçası  ən müasir avadanlıqlar və müasir istilik sistemi ilə  təchiz edilib.

 

Yeni obyektlərin istifadəyə verilməsi ilə təşkil edilmiş açılış mərasimlərində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq idarə və təşkilat nümayəndələri, rayon ziyalıları və kənd sakinləri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR