Bank Of Baku

Ziya Məmmədov Şirvanda vətəndaşları qəbul edib - APA TV

Ziya Məmmədov Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 19 iyun 2013 12:02 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Şirvan şəhərində vətəndaşların regional qəbulunu kçirib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazir Şirvan şəhəri, Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Füzuli, İmişli, Beyləqan və Saatlı rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyib.

 

Görüşdə «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov və Nazirliyin digər qurumlarının rəhbərləri iştirak ediblər. Vətəndaşlar əsasən kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən kompensasiyaların ödənilməsi və bəzi hallarda işə qəbulla bağlı müraciətlər ediblər.

 

Nazir bu kimi görüşlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR