Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ Astara, Lənkəran, Lerik və digər ətraf rayonların ərazisində 3 baldan artıq hiss olunub.
***
15:05
Lənkəranda zəlzələ olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, yeraltı təkan yerli vaxtla 15:00-da qeydə alınıb. Təkanlar 3 bal gücündə hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, bu gün saat 15.04-də Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.