Bank Of Baku

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib
# 12 avqust 2025 15:42 (UTC +04:00)

12 avqust 2006-cı il tarixində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi" haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust Azərbaycanda "Xəzər günü" kimi qeyd olunur.

APA xəbər verir ki, elə bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumların, müəssisə və təşkilatların iştirakı ilə Sumqayıt şəhərinin dəniz sahillərində təmizlik, iməcilik işləri aparılıb. Ərazi məişət tullantılarından təmizlənərək, mədəni istirahət üçün əlverişli vəziyyətə gətirilib.

Əhaliyə dəniz kənarında istirahət edərkən tullantıları sahilə atmamaları, ərazinin təmizliyinə həssas yanaşmaları tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR