Hazırda "YAŞAT" Fondu tərəfindən 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir.
APA xəbər verir verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.
O bildirib ki, ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür:
"Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib".