Yaşı 65-dən yuxarı olan tibb işçilərinin fəaliyyətinə qərar vermək üçün Komissiya yaradıla bilər

Yaşı 65-dən yuxarı olan tibb işçilərinin fəaliyyətinə qərar vermək üçün Komissiya yaradıla bilər
# 16 may 2025 14:29 (UTC +04:00)

“65 yaşa çatmış tibb işçilərinin sertifikasiyaya cəlb olunmaması məsələsi qaldırılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, tibb sahəsində 70 yaşı olan insanlar da çalışır: “Biz 65 yaşdan sonra şəxslərin müqaviləsini 1 il-1 il uzadırıq. Bəzi ölkələrdə 70 yaşından sonra da tibb işçiləri üçün komissiya yaradılır, onlar hər il həmin komissiyadan keçir, əqli fəaliyyətləri imkan verirsə, fəaliyyətini davam etdirir. Bu, gələcəyin məsələsidir, Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə də hazırda addımlar atılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR