Yel çərşənbəsində Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Bərdə, Tovuz, Şəmkir və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.
APA xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 20 000 müxtəlif növ ağac tingi əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi.