Bank Of Baku

Yeni orfoepiya normalarında uyğunsuzluqlar aşkarlanıb - FOTO

Yeni orfoepiya normalarında uyğunsuzluqlar aşkarlanıb - FOTO
# 22 noyabr 2022 17:01 (UTC +04:00)

Nazirlər Kabinetinin təsdiq etdiyi sonuncu orfoepiya normalarında (18 iyun 2021-ci il) uyğunsuzluqlar aşkarlanıb.

APA xəbər verir ki, bununla əlaqədar AMEA Nəsimi adına Dilçilik İnstitutunda Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirə keçirilib.

Müzakirədə Dilçilik İnstitutunun alimləri, əməkdaşları, həmçinin orta məktəb müəllimləri, eləcə də media mənsubları iştirak edib.

İnstitutun şöbə müdiri dosent Kifayət İmamquliyeva mübahisəli bəndləri diqqətə çatdırıb. Vurğulanıb ki,“Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun].

Eksperimental fonetika laboratoriyasının müdiri dosent Nəzakət Qazıyeva qeyd edib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır: Burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olnması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].

Müzakirələrdə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sonuncu orfoepiya normalarında nöqsanların aşkar olunduğu məlum olub. Bu uyğunsuzluqlar ətrafında müzakirələr aparılıb.

Yekun olaraq, nöqsanlarla bağlı təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR