Bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç olub.
APA-nın xəbərinə görə, bu mərhələdə Cahangirbəyli kəndinə 20 ailə – 84 nəfər köçürülüb.
Sakinlərə yeni evlərinin açarları təqdim olunub.
Açarların təqdimolunma mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.