SOCAR üç limandan ixrac olunan neftin həcmini açıqlayıb

SOCAR üç limandan ixrac olunan neftin həcmini açıqlayıb
# 01 avqust 2016 15:13 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR 2016-cı ilin iyul ayında Novorossiysk limanından 79 min 992 ton, Supsa limanından 274 min 676 ton, Ceyhan limanından 1 milyon 569 min 86 ton xam neft ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 559 min 65 ton, Supsa limanından 1 milyon 491 min 744 ton, Ceyhan limanından 10 milyon 105 min 879 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR