Bakıda qadın sürücü qəza törədib, iki övladı xəsarət alıb - FOTO - VİDEO

Bakıda qadın sürücü qəza törədib, iki övladı xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 21:26 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Yusif Zeynalov küçəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Mitsubishi" markalı avtomobil əvvəlcə yol kənarındakı "Toyota-Land Cruser" markalı avomobilə çırpılıb, daha sonra isə səkiyə çıxıb. Zərbənin gücündən "Toyota-Land Cruser" də qarşıda dayanmış "Hyundai" markalı maşına dəyib.

Qəza zamanı sürücünün iki azyaşlı övladı da avtomobildə olub. Onlar yüngül xəsarət alıblar və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR