Hacıqabulda 4 otaqlı ev yanıb

Hacıqabulda 4 otaqlı ev yanıb
# 11 avqust 2016 19:34 (UTC +04:00)

Bakı-APA. Hacıqabulda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Abduladad kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m2 olan 4 otaq və aynabənddən ibarət evdə baş verib.

Nəticədə evin qamışdan ibarət tavanı 90 m2 sahədə, otaqların pəncərə çərçivələri və qapılar 12 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR