“YUĞ” teatrı fəaliyyətini Kukla Teatrında davam etdirəcək

“YUĞ” teatrı fəaliyyətini Kukla Teatrında davam etdirəcək
# 26 yanvar 2016 07:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının binasının da sökülməsi nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR