Rusiya DİN Stavropolda polis şöbəsinə hücumun təfərrüatlarını açıqlayıb

Rusiya DİN Stavropolda polis şöbəsinə hücumun təfərrüatlarını açıqlayıb
# 11 aprel 2016 11:34 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Stavropol vilayətinin Novoselitsk rayon Daxili İşlər Şöbəsinin binasına hücum əvvəl deyildiyi kimi 4 deyil, 2 terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, polis bölməsinə hücum zamanı 2 silahlı şəxs zərərsizləşdirilib: “Onlardan biri nəzarət-buraxılış nöqtəsində zərərsizləşdirilib, digəri isə özünü partladıb. Polis və dinc sakinlər arasında xəsarət alan yoxdur".

Mətbuat xidmətinin verdiyi məlumata görə, DİN-ə məxsus obyektlərin zəbt olunmasının qarşısını almaq məqsədilə regionda "Qala" xüsusi planı tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl "RİA Novosti"nin verdiyi məlumata əsasən 3 kamikadze polis şöbəsinin binasında özünü partladıb. Dördüncü terrorçu isə öldürülüb. Ümumilikdə 5 partlayış baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR