Abid Şərifov: "Azərbaycanda son 10 ildə nəqliyyat sektorunun inkişafına 15 milyard dollar yatırılıb"

Abid Şərifov: "Azərbaycanda son 10 ildə nəqliyyat sektorunun inkişafına 15 milyard dollar yatırılıb"
# 23 oktyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycanda nəqliyyat sektorunun inkişafına 15 milyard dollar yatırılıb”.

APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib.

"Son 10 ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib”, - deyə A. Şərifov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR