İran səhiyyə nazirinin müavini: “Azərbaycanda dərman zavodunun yaradılması hər iki ölkənin xeyrinə olacaq”

İran səhiyyə nazirinin müavini: “Azərbaycanda dərman zavodunun yaradılması hər iki ölkənin xeyrinə olacaq”
# 26 aprel 2016 10:48 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “İran Səhiyyə Nazirliyi Azərbaycanla dərman istehsalı üzrə və səhiyyə sahəsində əməkdaşlığı dəstəkləyir”.

Bunu APA-ya İranın səhiyyə nazirinin müavini, dərman və ərzaq təşkilatının sədri Rəsul Dinarvənd deyib.

R.Dinarvənd bildirib ki, ixracatın inkişaf etdirilməsi yollarından biri qonşu ölkələrə investisiya yatırmaqdır: “Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlıq və dərman istehsalı zavodunun yaradılmasına dair imzalanmış müqavilə də bu sahədə atılan addımlardan biridir. Bu, hər iki ölkənin xeyrinə olacaq”.

Nazir müavini ölkənin dərman və ərzaq təşkilatının qəbul etdiyi proqramlar haqqında da danışıb və deyib ki, onlar qeyri-yoluxucu xəstəliklərin kontrol olunması sənədini hazırlayıb, təsdiq ediblər: “Ən önəmli məqsədlərimizdən biri əhali arasında duzdan istifadəni 30 faiz azaltmaqdır. Hətta yaxşı olardı duz istifadəsi 50 faiz azaldılsın. Ərzaq məhsullarının istehsalında da duzdan istifadə 5-10 faiz azalmalıdır”.

O, ölkə əhalisinin yarıdan çoxunun artıq çəkidən əziyyət çəkdiyini də açıqlayıb: “Buna görə də ərzaq məhsullarında şəkər və yağlılıq dərəcəsi də aşağı salınmalıdır ki, insanlar artıq çəkilərini azaltsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR