“Quş qripi” ilə bağlı monitorinq aparılacaq

“Quş qripi” ilə bağlı monitorinq aparılacaq
# 01 aprel 2016 11:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq aprelin 4-də “quş qripi” ilə bağlı növbəti monitorinqə start veriləcək. DBNX-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinq DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbirİ köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 15-də ictimaiyyət üçün açıqlanacaq.

DBNX bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR