Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 08 sentyabr 2016 21:57 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə dəstəklə bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv təmasların davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR