Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3% azalıb

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 3% azalıb
# 13 avqust 2016 10:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 125,3 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,8%-i metronun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR