Şəmkirdə qadın bıçaqlanıb

Şəmkirdə qadın bıçaqlanıb
# 13 aprel 2016 10:58 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ülviyyə İbrahim qızı Nəsibova bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Ü. Nəsibovanın mübahisə zəminində başqa bir qadın tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR