Yanvarda Bakı metrosu ilə 17 milyon sərnişin daşınıb

Yanvarda Bakı metrosu ilə 17 milyon sərnişin daşınıb
# 19 fevral 2016 15:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yanvarda Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 16,8 mln. nəfər olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% azalıb.

Ümumilikdə, bu ilin yanvar ayında nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,2%-i metronun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR