GIPA: İctimaiyyət Gürcüstan hökumətinin "Qazprom"la danışıqlarından narahatdır

GIPA: İctimaiyyət Gürcüstan hökumətinin "Qazprom"la danışıqlarından narahatdır
# 28 mart 2016 07:33 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstan ictimaiyyəti yerli hökumətin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlardan narahatdır. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın ictimai elmlər institutunun (GIPA) beynəlxalq əlaqələr üzrə eksperti, professor Tornike Şaraşenidze Tbilisidə keçirilən ictimai dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, ictimaiyyət danışıqların qeyri-şəffaflığından narahatdır. "Hələ də məlum deyil ki, tərəflər hansı məsələləri müzakirə edir", - deyə o qeyd edib.

Ekspert bildirib ki, narahat olmağa səbəb var: "2005-ci ildə "Qazprom" Gürcüstan üçün qiymətləri artırdı. 2006-cı ilin əvvəlində isə Şimali Qafqazda qaz kəməri partladıldı. Söhbət Rusiyadan Gürcüstana qaz nəql edən kəmərdən gedir. Həmin kəmərin təmiri sona qədər aparılmadı. Bu, ona səbəb oldu ki, Gürcüstan Azərbaycan-Türkiyə enerji dəhlizinə qoşuldu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR