Ötən il “Parabank”da əhalinin əmanətləri artıb

Ötən il “Parabank”da əhalinin əmanətləri artıb
# 27 yanvar 2016 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Parabank”ASC-nin aktivlərinin həcmi 2015-ci ilin IV rübündə 190,705 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,42% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 29,20% artaraq 190,705 mln. manat olub.

2016-cı ilin yanvar ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 54,267 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrünə olan göstəriciyə nisbətən 57,6% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində 3,33 dəfə artaraq 31,135 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 46,99% artaraq 100,954 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 98,533 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 49,73% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,4% azalaraq 51,329 mln. manata düşdüyü halda, nizamnamə kapitalı 6,34% artaraq 38 mln. 887 min manat təşkil edib.

2014-cü il ilə müqayisədə 2015-ci ildə bankın gəlirləri 2,44% azalaraq 32,534 mln. manat, xərcləri isə 9,27% azalaraq 32,955 mln. manat təşkil edib.

Ötən ili bank 422 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 200 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR