Naxçıvanda avtomobil yoldan keçən iki qardaşı vuraraq öldürüb

Naxçıvanda avtomobil yoldan keçən iki qardaşı vuraraq öldürüb
# 24 sentyabr 2016 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 23-də saat 19.00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub. Xəstəxanaya yerləşdirilmiş Rəmzi və Səbri orada ölüb.


Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR