Göyçayda əmək yarmarkası keçirilib

Göyçayda əmək yarmarkası keçirilib
# 19 sentyabr 2015 14:52 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yarmarkada iştirak edən vətəndaşlara 15 müəssisə və təşkilat tərəfindən 135 boş iş yeri təqdim olunub.

 

İş təqdim edən müəssisələrdən 9-u dövlət, 6 özəldir. Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif edilib.

 

Yarmarkada iştirak edən 175 nəfər işaxtaran vətəndaşdan 46-si öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

 

Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

 

Həmçinin, əmək yarmarkasında 45 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib. Qarşıdakı günlərdə boş qalmış 89 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR