Milli Məclisin komitə sədrləri Rusiya və Belarusa səfər edəcəklər

Milli Məclisin komitə sədrləri Rusiya və Belarusa səfər edəcəklər
# 05 sentyabr 2016 15:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Prezidentlər Komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı ilə keçiriləcək görüşlərdə AŞPA-Rusiya münasibətlərinin gələcəyi, əməkdaşlığın hərtərəfli bərpa olunmasının mümkün yolları barədə müzakirələr aparılacaq.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə deputat Xanlar Fətiyev isə Belarus parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaqlar. MDB İcraiyyə komitəsinin və MDB Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək deputatlarımız Minsk şəhərinin müxtəlif seçki məntəqələrində olacaq, prosesdə yeni texnologiyaların tətbiqi ilə maraqlanacaq, Azərbaycanın bu sahədəki təcrübəsi barədə fikirlərini bölüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR