Energetika naziri Maltada keçirilən “Aralıq dənizi liderlik sammiti” tədbirində iştirak edəcək

Energetika naziri Maltada keçirilən “Aralıq dənizi liderlik sammiti” tədbirində iştirak edəcək
# 25 aprel 2016 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Aprelin 28-29-da Maltada “Aralıq dənizi liderlik sammiti” mövzusunda tədbir keçiriləcək.

Azərbaycanın Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Beynəlxalq “The Economist” jurnalının və Malta hökumətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən energetika naziri Natiq Əliyev də iştirak edəcək.

Aralıq dənizi hövzəsində müxtəlif problemlərin həlli yollarının müzakirəsinə həsr olunacaq toplantıda region ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Tədbirin ikinci günü Avropada Enerji Şəbəkəsi və Təchizatın Təhlükəsizliyi mövzusu çərçivəsində Avropanın enerji gündəliyi: yenilənmə, neft və qaz: Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində mühüm inkişaf, Şimali Afrika və Avropa arasında yeni enerji dəhlizinin açılması istiqamətləri üzrə müzakirələr aparılacaq.

Müzakirlərdə Avropa Komissiyasının nümayəndəsi Tudor Constantinescu, Maltanın enerji və sağlamlıq naziri Konrad Mizzi və digər şəxslər də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR