Sabah Azərbaycan və türk diasporunun nümayəndələri Berlində etiraz aksiyası keçirəcəklər

Sabah Azərbaycan və türk diasporunun nümayəndələri Berlində etiraz aksiyası keçirəcəklər
# 05 aprel 2016 11:16 (UTC +04:00)

Bakı - APA. Aprelin 6-da Berlində azərbaycanlılar yürüş keçirəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyanın əsas məqsədi erməni hərbi birləşmələrinin atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına etiraz etmək, beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirməyə çağırmaqdır.

Aksiyada azərbaycanlılarla yanaşı, Almaniyada fəaliyyət göstərən türk diaspor təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Aksiyada iştirakçılar Ermənistanın təcavüzkarlığa son qoymasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq qurumların qərarlarına əməl etməsini tələb edəcək, birlik tərəfindən münaqişəyə ədalətli yanaşma tələb edən şüarlar səsləndirəcəklər.

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi isə Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilən bəyanatda Ermənistan silahlı bölmələrinin təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR