SOCAR-ın prezidenti BANM-in tələbələri ilə “Qalstuksuz görüş” keçirib

SOCAR-ın prezidenti BANM-in tələbələri ilə “Qalstuksuz görüş” keçirib
# 02 fevral 2016 07:25 (UTC +04:00)

Bakı-APA. SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə qeyri-rəsmi və səmimi ortamda görüş keçirib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, “Qalstuksuz görüş” formatında keçirilən tədbirdə R. Abdullayev tələbələri maraqlandıran sualları cavablandırıb, görüş zamanı maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb. Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi ilə tanış olublar. R. Abdullayev BANM-in tikintisi yekunlaşmaqda olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan neftçilərlə bağlı, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirib.

SOCAR-ın prezidenti keçdiyi həyat yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açıb.

R. Abdullayev BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanım Cəfərovaya “Fəxri diplom” təqdim edib, həmçinin “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini bildirib və ona da hədiyyə təqdim edib.

Sonda tələbələr Rövnəq Abdullayevlə selfie çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR