YARAT Mingəçevirdə səyyar sərgi təşkil edib

YARAT Mingəçevirdə səyyar sərgi təşkil edib
# 05 oktyabr 2016 21:53 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. “YARAT” Müasir İncəsənət Mərkəzi oktyabrın 5-də Mingəçevir şəhərində “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib.

APA-nın yerli bürosunun xəbərinə görə Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, təşkilatın əlaqələndiricisi, almaniyalı Anna Fech çıxış edib.

Tədbirdə məlumat verilib ki, “Zamanın izləri” adlı sərgidə film və fotoqrafiya üzrə çalışan gənc rəssamlar ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanırlar. Ekspozisiyaya daxil olan əsərlər “YARAT” Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir. Sərgidə 10 nəfər rəssamın əsərləri nümayiş olunur.

Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı”, Olqa Çernişovanın “Ekranlar”, Fərid Rəsulov “Ətalət”, İlkin Hüseynovun “Rəngi xatırlayaraq”, Koka Ramişvilinin “Çay, kofe və süd", Nilbar Güreşin “Qapısı açıq telefon köşkü”, Zamir Süleymanovun “Qərar videosu”, Nevin Aladağın “Beş daş oyunu”, Rəşad Ələkbərovun “Şəbəkə”, Həbib Səhərin “Küləklə yazılmışlar” əsərləri böyük marağa səbəb olub.

Sərgi oktyabrın 10-dək davam edəcək.

2011-ci ildə təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR