“Finance Football”: Leonid Slutskiy AVRO-2016 məşqçilərinin arasında pulsuz işləyən yeganə məşqçidir

“Finance Football”: Leonid Slutskiy AVRO-2016 məşqçilərinin arasında pulsuz işləyən yeganə məşqçidir
# 23 mart 2016 22:36 (UTC +04:00)

Bakı-APA. Rusiyanın futbol üzrə yığma komandasının baş məşqçisi Leonid Slutskiy AVRO-2016 iş məşqçilərinin arasında pulsuz işləyən yeganə məşqçidir.

APA-nın xəbərinə görə, bu barədə “Finance Football” nəşri məlumat verib

Nəşrin reytinqinin ilk pilləsində ayda 416 min avro maaşla İngiltərə yığmasının baş məşqçisi Roy Xocson, ikinci yerdə İtaliya yığma komandasının baş məşqçisi Antonio Konte (383 min avro), üçüncü yerdə isə Türkiyə millisinin çalışdırıcısı Fatih Terim (291 min avro)

Qeyd edək ki, Leonid Slutskiy 2015-ci ildə Rusiya yığmasının baş məşqçisi vəzifəsində məşhur italyan mütəxəssisi Fabio Kapellonu əvəzləyib. Onun rəhbərliyi altında Rusiya Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR