ABŞ-ın Simon Vizental Mərkəzinin rəhbəri: “Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır”

ABŞ-ın Simon Vizental Mərkəzinin rəhbəri: “Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır”
# 25 yanvar 2016 13:57 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitə sədri ona ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər, din azadlığı, yəhudilərin Azərbaycanda məskunlaşma tarixi barədə ətraflı məlumat verib.

M. Qurbanlı Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri deyib ki, yəhudilər də daxil olmaqla, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar.

Dövlətin ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını deyən M. Qurbanlı tolerantlıq siyasətinin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi ilə daha geniş vüsət aldığını vurğulayıb.

Azərbaycana ilk dəfə 1972-ci ildə - Sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkəmizdə yəhudilərin dinc şəraitdə yaşadıqlarını deyib. Müstəqilliyini bərpa etdikdən sonra isə 2010-cu ildə respublikamıza gəldiyini deyən A. Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini, burada dini icmaların sərbəst fəaliyyət göstərdiyini gördüyünü və bundan çox məmnun olduğunu bildirib. Azərbaycanın geosiyasi cəhətdən unikal mövqeyə malik olduğunu deyən A. Kuper ölkəmizdə müxtəlif dini əqidələr və mədəniyyətlərdən olan insanların azad yaşadığını və bərabər imkanlara malik olduğunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR